Çində keçirilmiş beynəlxalq forumda Azərbaycan nümayəndəsi məruzə ilə çıxış edib

Çin Xalq Respublikasının Çonginq (Çunsin) şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 3-cü qeyri-hökümət forumu keçirilib.

30 ölkədən 80-dək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov təmsil edib.

O, «Dövlətlərarası münasibətlərin və mədəniyyətlərarası dialoqun formalaşmasında AQEM-nın geosiyasi və regional əhəmiyyəti» mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində, dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında, lokal etnik və dini qarşıdurmaların, ərazi iddialarının aradan qaldırılmasında birgə fəaliyyətin zəruriliyindən, eyni zamanda, multikulturalizmin Azərbaycan modelindən bəhs olunub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir