Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

 Gəncədə avtomobil maneəyə çırpılıb, xəsarət alan var

Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən otellərin birinin yaxınlığında qeydə alınıb.

“VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü Ramin Məmmədov müxtəlif bədən xəsarətləri alıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir