Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş Naziri Prezident İlham Əliyevi təbrik edib

Dekabrın 24-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Giorgi Qaxariya Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı naminə fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Baş Nazir Giorgi Qaxariya ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirərək əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını qeyd ediblər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir