İki nəfəri güllələyən şəxs saxlanılıb, üzərində "Makarov" tapançası olub

İki gün əvvəl “Niva” markalı avtomobildə iki nəfərin güllələndiyi, birinin ağır, digərinin yüngül xəsarətlə xəstəxanaya yerləşdirildiyi haqqında xəbər dərc etmişdik.

Daxili İşlər Nazirliyi (DİN) hadisəni törədən şəxsin saxlanıldığını,  ondan “Makarov” markalı tapança götürüldüyünü bildirib. DİN məlumatında deyilir:

Dekabrın 22-də saat 23 radələrində Bakı şəhər sakinləri Z.Muradov və İ.Babayevin  güllə yarası ilə  xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş T.Nağıyev saxlanılmışdır. Cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapança ondan götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanılmışdır”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir