Almaniyada Azərbaycan evinin açılışı olub

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan evinin açılışı olub.

Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Açılış mərasimində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan evlərinin əhəmiyyətini qeyd edərək, bu məkanların dövlətini və xalqını sevən, milli maraqları üstün tutan hər bir kəsin üzünə açıq olduğunu vurğulayıb.

“Azərbaycan evləri soydaşlarımızın dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcək”, – deyə F. Muradov bildirib.

Daha sonra Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər şəxslər çıxış ediblər.

Tədbir Azərbaycan muğamlarından ibarət konsert proqramı ilə davam edib.

 

Almaniyada Azərbaycan evinin açılışı olub

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir