Azərbaycan-Rusiya sərhədində - Samur çayı üzərində yeni körpü istifadəyə verilib

Nazrilər Kabinetinin yaydığı məlumata görə, dünən  Samur çayının Qusar rayonu ərazisindən keçən hissəsində, Azərbaycan ilə Rusiya sərhədində yeni tikilmiş körpünün açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin iştirak ediblər.

Həmçinin  Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Federasiyasının Azərbaycandakı səfiri M.Boçarnikov, Dağıstan Respublikasının başçısı Vladimir Vasiliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini Fərhad Tağızadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak ediblər.

Körpü keçidinin ümumi texniki göstəriciləri:

yolun texniki dərəcəsi – II;
körpünün yanaşmalarla birlikdə uzunluğu – 812 m;
körpü qurğusunun uzunluğu – 325 m;
yanaşmaların ümumi uzunluğu – 487 m (109 m+378 m);
körpünün ümumi eni – 17,3 m;
hərəkət zolağının eni – 3,75 m (2 zolaqdan ibarətdir);
təhlükəsizlik zolağının eni – 2,0 m (2 zolaqdan ibarətdir);
yol örtüyü – asfalt-beton;
piyada keçidi hissəsi:
eni – 1,5 m (2 hissədən ibarətdir);
hündürlüyü – 3,2 m
müasir yük daşınma standartlarına uyğun hesablanıb.

Əvvəlki körpüdən sutka ərzində təqribən 500 yük, 800 minik avtomobili keçirdi. Yeni körpünün buraxılış imkanı bundan iki dəfə artıqdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir