Bakıda 25 yaşlı gənc bıçaqlanıb, vəziyyəti ağırdır

 Bakıda 25 yaşlı gənc bıçaqlanıb, vəziyyəti ağırdır

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami rayonunda yerləşən “Lotos” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, Hacıqabul rayonu Talış kənd sakini 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir