Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək

Beynəlxalq Muğam Mərkəzi kamançaya həsr olunmuş dəyirmi masa keçirəcək

27 dekabr saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda “Dəyirmi masa” təşkil ediləcək.

Konfrans və seminarlarda tar musiqi alətinin, tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf mərhələsi ətrafında fikir mübadiləsi aparılmış, tarın ölçü sistemləri əyani şəkildə aləti hazırlayan ustalara nümayiş etdirilmişdir. Layihələr çərçivəsində elmi-metodik tövsiyələri özündə ehtiva edən kitabçalar paylanmışdır.

Bu tədbirlərdən sonra tar istehsalı sahəsində ciddi dönüş yaranmış və ustalar bu aləti artıq kitabçada nəzərdə tutulmuş ölşü sistemlərinə uyğun qaydada hazırlamağa başlamışlar.

“Dəyirmi masa” layihəsinin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.
27 dekabr tarixində keçiriləcək “Dəyirmi masa”da isə “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” məsələsi müzakirə ediləcək, ölçü sistemlərinə aid kitabça iştirakçılara, o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq.

Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçlıları və ustalar iştirak edəcək.
Qeyd edək ki, Azərbaycanın UNESCO ilə əməkdaşlığının inkişafında, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə 2012-ci ildə “Simli musiqi aləti tarın hazırlanma və ifaçılıq sənəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, 2017-ci ildə isə “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” də bu siyahıya daxil edilib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir