FHN  Yeni il şənlikləri ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il ərəfəsində yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

FHN  Yeni il şənlikləri lə əlaqədar yanğın təhlükəsinin xeyli artdığını xatırladaraq,  təhlükəsizlik qaydalarını hər kəsin  bilməsinin vacibliyindən bəhs edib. Nazirliyin müraciətində deyilir:

  • evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
  • işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
  • ağac tezalışan oyuncaqla bəzədilməməli;
  • qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

  • şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
  • şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
  • pəncərədə dəmir barmaqlıq olmamalı;
  • məkanın iki çıxışı olmalı;
  • ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
  • otağın qapıları mütləq bayıra açılmalı;
  • məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
  • şənlikdə işıq tam söndürülməməli;
  • şənliyə tezalışan materialdan paltar geyinilməməli;
  • məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

FHN hər hansı təhlükə yaranacağı təqdirdə dərhal  112-yə zəng vurmağı tövsiyə edir.

Nazirlik  müracətlə bağlı videoçarx da hazırlayıb:

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir