İranda havanın çirklənməsi nəticəsində 6 gündə 13 931 nəfər xəstəxanaya müraciət edib

İranda havanın çirklənməsi nəticəsində 6 gündə 13 931 nəfər xəstəxanaya müraciət edib

İranda havanın çirkli olması səbəbi ilə 6 gün ərzində 13 931 nəfər xəstəxanaya müraciət edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Təcili Tibbi Yardım Mərkəzinin sözcüsü Müctəba Xalidi deyib. Onun sözlərinə görə, müraciət edənlər ürək və tənəffüs problemindən əziyyət çəkiblər.

Havanın çirkli olması səbəbi ilə xəstəxanalara müraciət edənlər əsasən Tehran, İsfahan, Qum, Əlborz , Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin sakinləridirlər.

Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərləri siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblər müvəqqəti bağlanıb. Rəsmi məlumatlara görə, hazırda Tehranda 13 milyon nəfər yaşayır.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir