"KAPLAN" zirehli maşınları TSK-ya təslim edildi

Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə FNSS Müdafiə Sistemləri arasında bağlanmış müqavilə çərçivəsində iki  ədəd “KAPLAN STA” özüyeriyən tank əleyhinə hərbi maşınları  Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verilib.

Bu zirehli maşın analoqlarından üstün xüsusiyyətlərə malikdir. Müxtəlif təbiət şəraitində yüksək manevr qabiliyyətli “KAPLAN STA” həm də amfibiyadır. Müasir elektron idarəetmə sistemli atış gücünə malikdir.  Mina və əl qumbaralarına dayanıqlıdır.  Gövdəsi və şüşələri ballistik – gülləkeçirməz materialdan hazırlanıb.

Əsas silahı tank əleyhinə uzaqdan idarə olunan sistemdir. Bu kompleks iki fərqli növ idarə olunan tank əleyhinə raketlə atəş aça bilir. “KAPLAN STA” müharibə şəraitində digər hərbi maşınlarla, tanklarla qarşılıqlı-əlaqəli fəaliyyət göstərməyə imkan verən elektron sistemlə də təchiz olunub.

Hərəkət göstəriciləri də yüksək olan maşın avtomat sürət qutusuna malikdir, asfalt yolda maksimum 110 kilometr sürətlə 700 kilometr yol qət edə bilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir