Morales 1 il sonra Boliviyaya qayıdacağına söz verib

 Morales 1 il sonra Boliviyaya qayıdacağına söz verib

Boliviyanın sabiq prezidenti Evo Morales növbəti Milad bayramında vətənə qayıdacağına əminliyini ifadə edib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Mən qayıdacağam. Təhlükəsizlik üçün Boliviyaya qayıdış planının təfsilatını açıqlaya bilmirəm. Amma ölkəyə qayıtmaq lazımdır”, – Morales agentliyə bildirib.

Dekabrın 15-də Boliviyanın rəhbəri səlahiyyətlərinin müvəqqəti icraçısı Janin Anyes elan edib ki, yaxın vaxtlarda ölkənin konstitusiyasına hörmətsizlik, həmçinin “qiyama və terrorizmə təhrikçiliy”ə görə Evo Morales barədə həbs orderi veriləcək. Morales Anyesə cavabına onu diktaturada ittiham edib.

Morales çoxsaylı etiraz aksiyalarından sonra noyabrın 10-da prezident vəzifəsindən istefa verdiyini elan edib. O, hazırda Argentinadadır, sabiq dövlət başçısı bu ölkədən siyasi sığınacaq alıb.

Dekabrın 29-da Buenos-Ayresdə keçmiş Boliviya liderinin “Sosializmə doğru hərəkat” partiyasının toplantısı keçiriləcək. Toplantıda Boliviyada yazda keçiriləcək prezident seçkilərində koalisiyadan namizədlər seçiləcək. Morales partiyasının prezidentliyi qaytaracağına və artıq növbəti Miladda vətəndə olacağına əminliyini ifadə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir