Qaradəniz bölgəsində 71 "nöqtə"də yanğınlar davam edir

Türkiyənin Qaradəniz bölgəsində 5 rayonda, ümumilikdə 71 yerdə meşə yanğınları davam edir.

Bəzi bölgələrdə yanğın əkin sahələrinə və yaşayış zonalarına sıçrayıb: 6 ev tamamilə yanıb. Yanğın 200 hektar meşə və fındıq bağlarına ciddi zərər verib.

Valiliklərdə böhran komissiyaları yaradılıb və yanğınla mübarizəyə 22 rayondan  yanğınsöndürənlər dəstəsi cəlb olunub.

Yanğının sabotaj və ya terror təşkilatlarının törətdiyi iddia  edilir. Eyni zamanda, yanğının  ehtiyatsızlıqdan küləş tayasının yanması ilə başladığı da istisna edilmir. Səlahiyyətli şəxslər bölgədə  küləyin elektrik dirəklərini  aşırıb, qısa qapanma ilə yanğın törətdiyini, beləliklə,  yanğının  küləklə meşəyə və digər sahələrə yayıldığını da istisna etmirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir