Ukrayna Rusiyadan elektrik enerjisinin ixracına  yenidən qadağa qoydu

Ukraynanın prezidenti Vladimir Zelenskiy “Elektrik enerjisi haqqında” qanuna düzəliş təklifini təsdiq edib. Düzəlişə əsasən, Rusiyadan ikitərəfli müqavilələr əsasında elektrik enerjisi idxal etmək yasaqlanır.

Ukrayna hökuməti bu düzəlişi şərh edərək bildirib ki, Nazirlər Kabineti bu qadağanı bəzi hallarda  ümumi enerji sistemində yarana biləcək fövqəladə vəziyyətin qarşısını almaq üçün  müəyyən müddətə təxirə sala bilər.

Xatırladaq ki, Ukrayna 2015-ci ildən Rusiyadan elektrik idxalını dayandırıb. Bu ilin sentyabrında Rada (red: Ukrayna parlamenti) hökumətə Rusiya və Belarusdan ikitərəfli müqavilələr əsasında elektrik enerjisi almağa icazə vermişdi. Oktyabrdan da idxal başlamışdı.

Qanuna yeni düzəlişlə buna bir daha son verilir.

Onu da qeyd edək ki, bu ilin yayından – 1 iyuldan etibarən Ukraynada tamamilə yeni elektrik enerjisi bazarı modeli fəaliyyətə başlayıb. İndi dövlət elektrik enerjisinin yeganə alıcısı və satıcısı deyil, qiymətlər azaddır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir