Filippində “Fanfon” qasırğası nəticəsində azı 16 nəfər ölüb

 Filippində “Fanfon” qasırğası nəticəsində azı 16 nəfər ölüb

Filippində “Fanfon” qasırğası nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə “Agence France-Presse” agentliyi yerli qurumlara istinadən məlumat yayıb.

Qeyd olunub ki, 4 mindən çox yerli sakin Şərqi Visay bölgəsindən təxliyyə edilib. Təbii fəlakət nəticəsində azı 60 daxili reys təxirə salınıb, 157 gəmi dənizə çıxa bilmir, 20 mindən çox sərnişin isə limanlarda qalıb.

Yerli mətbuatın xəbərinə görə, qasırğa bir gecədə 100-ə yaxın evi dağıdıb.

Qasırğa daxilində küləyin sürəti 41,7 m / s-ə çatır.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir