“Mənəm, mən…”

Dekabrın 26-da Yuğ Teatrında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650  illiyinə həsr edilmiş “Mənəm, mən…” tamaşasının premyerası olub.

Azərbaycan Dövlət Yuğ Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşa mistik-psixoloji dramdır. Yazıçı-dramaturq İlqar Fəhminin pyesi Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda səhnə təcəssümü tapıb. Səhnə əsərinin  bədii tərtibatı Vüsal Rəhimə, musiqisi Xalq artisti Aygün Səmədzadəyə məxsusdur. Tamaşada rolları  Xalq artisti Məmmədsəfa Qasımov (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir),  Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Elgün Həmidov (Hürufi ilahi yazı),  Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) ifa edirlər.

“Nəsimi ili”  çərçivəsində həyata keçirilən tədbirlər sırasında Yuğ Teatrının təqdim etdiyi “Mənəm, mən…”  tamaşası gözəl töhfədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir