Mehriban Əliyevanın yeni köməkçisi "Pasha Holding"də 5 şirkətə rəhbərlik edib

Andrey Sipilin ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın yeni köməkçisi təyin edilib. Bu barədə prezidentin rəsmi  saytında məlumat verilib.

Turan agentliyinin məlumatına görə,   birinci vitse-prezidentinin köməkçisi  Andrey Vladimiroviç Sipilin buna qədər “Pasha Holding”ə daxil olan ən az 5 şirkətin – “Port Baku Kids Club”, “Garage Parking”, “Chic and Chic”, “Abşeron” və “Azərbaycan Hospitaliti”nin direktoru olub.

O, həmçinin “PAŞA İnşaat“da departament rəhbəri olub.

Sipilin 40 yaşındadır, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin məzunudur və eyni zamanda İqtisad Universitetində biznes idarəetməsi üzrə təhsil alıb.


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir