“Monako” Unai Emerini baş məşqçi gətirir

“Monako” Unai Emerini baş məşqçi gətirir

 

“Monako” Unai Emerini baş məşqçi gətirir

 

 

 

Fransa Liqa 1-də çıxış edən “Monako” klubu baş məşqçisini dəyişməyə hazırlaşır.

“Knyazlıq klubu” Leonardu Jardimlə yollarını növbəti dəfə ayırmaq niyyətindədir.

Klub rəhbərliyi ona layiqli əvəzləyici tapdığı üçün bu fikrə gəlib. Liqa 1-də 7-ci sırada olan, lakin Çempionlar Liqasına yüksəlməyi hədəfləyən “Monako” baş məşqçi vəzifəsinə Unai Emerini gətirmək istəyir. Son iş yeri İngiltərənin “Arsenal” klubu olan ispaniyalı mütəxəssis monakoluların üç namizədi sırasında birinci pillədə durur. U.Emeri ilə danışıqlar alınmasa, Qarsia Toral və Loran Blanın namizədliyi müzakirə olunacaq.

Qeyd edək ki, 48 yaşlı ispaniyalı “Arsenal”dan ötən ayın sonlarında kənarlaşdırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir