Netanyahu: Rusiya ilə İsrail arasında müharibə ola bilərdi...

İsrailin Baş naziri Binyamin Netanyahu  rəhbər olduğu partiyada sədrlik  seçimləri  öncəsi İsrail radiosuna müsahibə verib.

O, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərindən, dostluğundan da danışıb:

Putin mənə aramızdakı dostluq olmasaydı,  özümüzü (Rusiya ilə İsrail arasında) müharibənin ortasında  görəcəkdik. Bir neçə aydan bir danışıqlarımız bu müharibənin qarşısını aldı”

, – deyib.

Partiya sədrliyinə seçkilər ərəfəsində populist vədlərlə çıxış edən Netanyahu  işğal etdikləri  ərazilərin İsrail torpaqları olaraq ABŞ-a qəbul etdirəcəyi sözü də verib.

İsrail Baş prokurorunun haqqında  korrupsiya  ittihamları ilə bağlı 3 fərqli  iddia üzrə cinayət işi açması səbəbindən İsrail Məclisinə toxunulmazlıq istəyi ilə müraciət edib-etməyəcəyi haqqında suala Netanyahu cavab verməyib.

Xatırladaq ki, “Likud” partiyasına sədr seçkiləri bu gün  keçiriləcək və İsrail ekspertlərinin rəyinə görə, Netanyahu  yenidən seçiləcək.

O, partiyadaxili seçkidə  millət vəkili Gideon Saar ilə yarışacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir