Türkiyənin ilk milli avtomobili sabah ictimaiyyətə təqdim olunacaq

Türkiyənin  milli avtomobili   sabah  – 27 dekabrda ictimaiyyətə təqdim olunacaq.  Türkiyə prezidentinin avtomobili idarə edərək İstanbul körpüsü üzərindən keçməsi gözlənilir.

Xatırladaq ki, Türkiyənin Avtomobil Təşəbbüskarları Qrupu hər gün Bakı  vaxtı ilə   saat 15.30-da  avtomobilin   bir detalını işıqlandırır.

Yerli avtomobilin ilk modeli Suv – cip  tipli  və 100%  elektrikli  olacaq. Avtomobilin kütləvi istehsalla  2022-ci ildə  satışa təqdim ediləcəyi gözlənilir.  2030-cu ilə qədər isə  yeni 5 model  istehsal olunacaq. Hər yeni modelin  üç modifikasiyası  olacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir