Veganların diqqətinə: bu vitamin çatışmazlığı sağlamlıq üçün risklidir

Veganlar – ümumiyyətlə, heyvan mənşəli qidalardan imtina edənlər belə adlanır.

Mütəxəssislər xəbərdarlıq edir: vegan pəhrizini seçmiş şəxslər B12 vitamininin yetərli qəbuluna diqqət yetirməlidirlər –  bu vitamin çatışmazlığı sağlamlıq üçün risklidir.

Lif tərkibli qidalarla zəngin olan vegan dietində xolesterolun miqdarı az olur. Bu diet B12 də daxil bir sıra  vitaminlərin, zəruri elementlərin kasadlığı ilə səciyyələnir.

Əsasən ət, balıq, yumurta və süd məhsullarında rast gəlinən B12-nin çatışmazlığı sinir sisteminin zədələnməsinə səbəb ola bilər. Adətən əl və ya ayaqlarda uyuşma hissiyyatı ilə müşayiət olunan belə pozuntunun ilk simptomları özünü bir neçə ildən sonra göstərir.

İnternet və sosial mediada bəzən veganların əlavə B12-yə ehtiyaclarının olmadığını yazırlar. Alimlər bununla qəti şəkildə razılaşmır.

BBC-nin yazdığına görə, Londonun Kings College Universitetinin qida və pəhriz məsələləri üzrə professoru Tom Sanders bir çoxunun “B12 çatışmazlığının mif” olduğunu düşündüyünü xatırladaraq deyir:

Bütün mikroelementlər arasında ən çox narahatlıq doğuran B12-nin çatışmazlığıdir”.

Vegan Cəmiyyətinin dietoloqu Heather Russell də məsələyə münasibət bildirib:

“Vegan olub-olmamağınıza rəğmən, qida planlaşdırması hamı üçün mühümdür”.

Mütəxəssislər qeyd edirlər ki, yetkin yaşlı insanın gündə təqribən 1,5 mikrogram B12-yə ehtiyacı var.


Bunu da oxuyun: Vegetarian və veganların iflic olma riski ət yeyənlərə nisbətən daha yüksəkdir


 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir