Fotomüxbir Orxan Əzimin Suriyada, Hələbdə çəkdiyi şəkillər nümayiş olunub

Dekabrın 27-də Heydər Əliyev Sarayında İmadəddin Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotolarından ibarət sərgi nümayiş olunub.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan sərgi  materiallarının müəllifi “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimdir.

Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında sərgini “Nəsimi ili”nə töhfə kimi qiymətləndirib:

Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq”.

 

Fotolar: APA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir