Azərbaycanda alkoqol və tütün məmulatlarının qiyməti artacaq

Azərbaycan Prezidenti  “Vergi Məcəlləsi”nə dəyişiklikləri, o cümlədən ölkədə istehsal olunan alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələrinin artırılmasını təsdiqləyib.

Beləliklə:

  • içməli spirt, araq, tündləşdirilmiş içkilər və likörün hər litri üçün aksiz vergisi 2 manatdan 3,2 manata (60%),
  • şampan şərabının hər litri üçün aksiz vergisi 2,5 manatdan 2,6 manata (4% artım),
  • adi şərabın hər litri üçün aksiz vergisi 0,1 manatdan 0,2 manata (2 dəfə artım),
  • spirtli pivənin hər litri üçün aksiz vergisi 0,2 manatdan 0,4 manata (2 dəfə artım) artırılıb.

Konyakın hər litri üçün aksiz vergisi 6 manatdan 3,2 manata (36% azalma) endirilib.

Düzəlişlərə görə, nazik siqaretlərin 1 000 ədədi üçün aksiz vergisi 20 manatdan 31 manata qaldırılıb.

Energetik içkilərin hər litri üçün isə aksiz vergisi 3,1 manat səviyyəsində müəyyən edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir