Kosmik zond Venera ətrafında manevrdən sonra Günəşə doğru istiqamətlənib

NASA  kosmik  “Parker Solar Probe” zondunun Venera ətrafında ikinci uğurlu qravitasiya manevri etdiyini açıqlayıb.

Məhəbbət ilahəsinə 3 min kilometr yaxınlaşan zond bu manevrlə sürətini azaldıb və  Günəşə doğru istiqamətlənmək üçün trayektoriyasını dəyişib.

Aparat bir il sonra – 2020-ci ilin 29 dekabrında Günəşə  yaxınlaşacaq.

Xatırladaq ki, “Parker Solar Probe” bəşər tarixində Günəşə ən çox yaxınlaşan tədqiqat aparatıdır. Ötən il zond  ilk dəfə Günəşə 24 milyon kilometr məsafədən keçib.

Zond fəaliyyət proqramı əsasında  7 il ərzində  Günəş ətrafında 24 dövrə vuracaq.

“Parker Solar Probe”  etibarlı istilik izolyasiya altında kamera, Günəş atmosferinin maqnit və elektrik sahələrini ölçən cihaz, eləcə də “Günəş küləyi” zərrəciklərini müşahidə, həmçinin  qeydə ala bilən avadanlıqla təchiz olunub.

 

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir