Netanyahu qalib gəldiyini elan edib

İsrailin Baş naziri  aid olduğu Likud” partiyasının sədr seçkilərində qalib gəldiyini  “Twitter”  səhifəsindən elan edib və yazıb:

Böyük qələbə! “Likud” üzvlərinə və dostlara etimad, dəstək və sevgiyə görə təşəkkür!  Tanrı və sizin köməyinizlə mən qarşıdakı seçkilərdə “Likud”i böyük qələbəyə aparacağam  və İsrail dövlətinə görünməmiş nailiyyətlər qazandırmaqda davam edəcəyəm”.

İsrail mətbuatının məlumatına görə,  “Likud”da keçirilən daxili seçkilərdə seçici fəallığı 49%-dən çox olub.  Netanyahu 70%-dən çox səs toplayıb. Onun seçkilərdəki əsas rəqibi ölkənin sabiq-daxili işlər naziri Qideon Saar olub.

Bununla belə, seçkinin rəsmi nəticələri hələ açıqlanmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir