Qazaxıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Qazaxıstanda içində 100 sərnişin olan təyyarə qəzaya uğrayıb. Son məlumata görə, 15 nəfər həlak olub,  35 yaralı var – 12-nin vəziyyəti ağırdır.

“Bek Air” şirkətinə məxsus təyyarə cümə günü səhər saatlarında Almatı aeroportundan qalxandan az sonra qəzaya uğrayıb.

Təyyarə Almatıdan paytaxt Nur-Sultana uçurmuş.

Qəzanın səbəbi məlum deyil.

Təyyarənn göyərtəsində 95 sərnişin, 5 uçuş heyəti olub.

Məlumatlara görə, yerli vaxtla saat 07.22-də havaya qalxmaqda olan  təyyarə beton divara çarpıb və iki köhnə binanın üstünə düşüb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir