Reper Pərviz Quluzadə 30 sutka inzibati qaydada həbsə məhkum edilib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Pərviz Quluzadə dekabrın 26-da Bakının Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edib, polisin qanuni tələbinə tabe olmayıb.

Binəqədi rayon Məhkəməsi Quluzadəni İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilərək, 30 sutka inzibati həbsə məhkum edib.

Bununla yanaşı, sosial şəbəkələrdə reper Pərviz Quluzadənin (Paster) “Gang” klipində Paşa Bankın adını hallandırdığına görə dörd gün əvvəl saxlanıldığı iddia olunur.

Reperin “Gang” klipi bu il dekabrın 9-da youtube kanalında yayılıb. Hazırda klipə yüz minlərlə insan baxıb. Klipin 1.24 dəqiqəsində “Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib. Pasterdən digər misralar:

  • “Hər sətrim başıma bəladı…”
  • “Gizlində saxlayıram hörmətimi Rəsulzadəyə, Elçibəyə”
  • “Yekəqarın, mədəniyyətin yoxdu, oxşayırsan mülki geyimli polisə…”
  • “Mən azərbaycanlı məmur kimi taxtımda çürüyəcəm”“Səni soyacağıq ölkənin gömrüyü kimi…”
  • “Ölkənin qazını Gürcüstana münasib qiymətə pay veriblər…”

Pərviz Quluzadə gənc ifaçıdır, son bir neçə ildir rep oxuyur.

Onun  həbsi sosial şəbəkələrdə geniş müzakirə və tənqidlərə səbəb olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir