Tramp İdlibdəki hadisələrə görə Rusiya, Suriya və İranı qınayıb

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp dünən Rusiya, Suriya və İranı Suriyanın İdlib vilayətində apardıqları hərbi əməliyyatlara, nəticədə mülki vətəndaşların həlak olmasına görə qınayıb.

O, “qırğının” qarşısını almaq üçün Türkiyənin əlindən gələni etdiyini də qeyd edib.

Tramp “Twitter” səhifəsində yazıb:

Rusiya, Suriya və İran İdlib vilayətində minlərlə günasız vətəndaşı öldürür və ya öldürməyə hazırlaşır. Bunu etməyin! Türkiyə bu qırğının qarşısını almağa çalışır”.

Suriya və Rusiya qüvvələri müxalifətin  Suriyadakı son istehkamı olan İdlibdə  bombardmanı gücləndirib. Suriya prezidenti Bəşər Əsəd həmin ərazini geri alacağına söz verib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın çərşənbə axşamı Türkiyə nümayəndə heyətinin Moskvada danışıqlar aparmasından sonra Rusiyanın İdlibdəki hücumları dayandırmağa çalışacağını deyib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir