“Barselona” PSV-nin hücumçusunu transfer etmək istəyir

“Barselona” PSV-nin hücumçusunu transfer etmək istəyir

İspaniyanın “Barselona” klubu Niderland təmsilçisi PSV-nin futbolçusu Doniel Maleni transfer edə bilər.

Apasport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu Kataloniya klubu üçün alternativ variant sayılır.

Barselonanın eyniadlı təmsilçisi İtaliya “İnter”ində çıxış edən Lautaro Martinesi heyətinə qatmağa çalışır. Bu oyunçunun keçidi baş tutmasa, klub rəhbərliyi diqqətini D.Malenə yönəldəcək.

Lakin Milan təmsilçisi L.Martinesi asanlıqla buraxmaq istəmir. Bu səbəbdən də niderlandlının “Barselona”ya keçidi daha real görünür.

Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan D.Malen cari mövsüm PSV-də keçirdiyi 27 oyunda 17 qol vurub və 9 məhsuldar ötürmə verib.

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir