Güclü qar və çovğun Güney Azərbaycan əyalətlərində nəqliyyatı iflic edib

Güney Azərbaycanda yağan güclü qar və çovğun Şərqi və Qərbi Azərbaycan əyalətlərində sosial çətinliklər yaradıb

Ötən gecə yolların buz bağlaması nəticəsində Urmiyada çox sayda maşın yollarda qalıb. Yalnız bir neçə saatdan sonra xilasedicilər maşınlarda olan insanları xilas edə biliblər.

Qızıl Aypara Cəmiyyətinin Urmiya şəhəri üzrə şöbəsinin müdir müavini ötən gecə ərzində qar və çovğun səbəbindən yollarda qalmış ümumilikdə 200-dən çox avtomobili sərnişinləri ilə birlikdə xilas etdiklərini deyib.

O, həmçinin xilasedicilərin dağlıq bölgələrdən keçən magistrallarda qalanlara kömək etdiklərini söyləyib.

Qar və yolların buz bağlaması  əyalətin bir çox bölgəsində nəqliyyat vasitələrinin  hərəkətini  iflic edib.

Şərqi Azərbaycanda da qar və çovğunlu hava davam edir. Bu səbəbdən bu gün əyalətin bir çox məktəblərində tətil elan olunub. Əyalət yolları və magistrallarının buz bağladığı deyilir.

Əlaqədar təşkilatların qarın yaratdığı fəsadları aradan qaldırmaq, eləcə də buz bağlamış yolların açılması üçün heç bir tədbir görməməsi səbəbindən əyalətlər ərazisində hərəkət dayanıb.


Mənbə: GünazTv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir