Rusiya Ermənistana dörd Su-30 qırıcı təyyarəsi satıb

Dünən  Rusiya pilotları dörd ədəd Su-30 qırıcı təyyarəsini Ermənistana gətiriblər. Təyyarələri Gümri şəhərindəki hava limanında baş nazir Nikol Paşinyan və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistan mətbuatının yazdığına görə, Ermənistan Rusiyadan daha 12 ədəd bu təyyarədən almaq niyyətindədir.

Rusiyanın bu qırıcı təyyarələri Ermənistana hansı şərtlərlə satması və ya verməsi şərtləri, müqavilələrin detalları açıqlanmasa da, Ermənistanın hər bir təyyarə üçün 30 milyon dollar ödəyəcəyi bildirilir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir