Rusiyanın qitələrarası yeni raket kompleksləri döyüş növbətçiliyinə qoyulub

Rusiyanın müdafiə naziri prezident Vladimir Putinə illərdir aparılan sınaqlardan sonra yeni qitələrarası hipersonik silahın cümə günü istifadəyə hazır olduğunu məruzə edib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, müdafiə naziri Sergey Şoyqu prezident Putinə “Avangard” adlı hipersonik raketlə təchiz olunan ilk raket kompleksinin döyüş növbətçiliyinə qoyulduğunu bildirib.

Şoyqu daha sonra ordu mənsubları ilə  telefon danışığı zamanı onları təbrik edib:

Sizi ordumuz və bütün millətimiz üçün bu əlamətdar hadisə münasibətilə təbrik edirəm”.

Telefon danışığı zamanı Strateji Raket Qüvvələrinin rəisi general-mayor Sergey Karakayev “Avangard” komplekslərinin  Ural dağlarının cənubunda, Orenburq bölgəsindəki  hərbi hissədə yerləşdirildiyini açıqlayıb.

Putin “Avanqard” haqqında məlumatı keçən  ilin mart ayında, illik məruzə çıxışı zamanı vermişdi. O, raketin hədəfə doğru uçuşu zaman  kəskin manevrlər etmək qabiliyyəti sayəsində sıradan çıxarılmasının mümkünsüz olduğunu  xüsusi vurğulayıb demişdi:

O, hədəfə doğru meteorit kimi, ildırım kimi gedir”

Putin “Avangard”ın  yaranmasını   texnoloji sıçrayış kimi xarakterizə edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir