Somalidə törədilən terror aktı nəticəsində ən az 90 nəfər həlak olub

Somalinin paytaxtı Moqadişoda bomba yüklü maşının partladılması nəticəsində ən az 90 nəfər həlak olub.

Türkiyənin Somalidəki  səfiri Mehmet Yılmaz   həyatını itirənlər arasında  2 nəfər Türkiyə vətəndaşı olduğunu bildirib.

Terror aktı  Maliyyə Nazirliyinin vergi nəzarəti məntəqəsi önündə  törədilib.

Çox sayda yaralı var.  Yaralılar ətrafdakı xəstəxanalara aparılıb. Hökumət nümayəndəsi ölənlərin sayının arta biləcəyini söyləyib.

Hələlik hücuma görə məsuliyyəti heç kim  üzərinə götürməyib.  Terrorun Əl-Qaidə ilə əlaqəli əl-Şabab terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir