Zal nəzarətçisi sertifikatı almaq üçün DİM-ə 843 nəfər müraciət edib

Zal nəzarətçisi sertifikatı almaq üçün DİM-ə 843 nəfər müraciət edib

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi və imtahan rəhbəri qismində cəlb edilməsini tələb edir. Odur ki, 2018-2019-cu ildən başlayaraq zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydaları hazırlanmış və proses həyata keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, bu ilin aprelin 26-dan etibarən sertifikatlı nəzarətçilər imtahanlarda iştirak etməyə başlayıb. Hazırda zal nəzarətçiləri bazasında 557 sertifikatlı nəzarətçi mövcuddur. 2019-cu ilin 5 avqust tarixindən etibarən proses təkrar başlayıb. Zal nəzarətçisi sertifikatı almaq üçün 843 nəfər müraciət edib.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir