Agentlik sədri çağırış etdi: Təhlükəli məhsullar barəsində məlumat verin

Agentlik sədri çağırış etdi: Təhlükəli məhsullar barəsində məlumat verin

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli insanları qida təhlükəsizliyinin təmin edilməsində, insan sağlamlığı üçün təhlükəli olan məlumatların verilməsi məsələsində cəmiyyəti aktiv olmağa çağırıb.

Q.Təhməzli əlavə edib ki, fəaliyyətində nöqsanlar aşkarlanan müəssisələrin fəaliyyəti ilk andan dayandırılmır:

Biz əvvəlcə üç aylıq məhdudlaşdırma tətbiq edirik. Əgər qeyd olunan nöqsanlar aradan qaldırılırsa, həmin müəssisə yenidən fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyəti aşkar olunan nöqsanlar aradan qaldırılana qədər müvəqqəti məhdudlaşdırılır”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir