Binədə 19 yaşlı gənci vuran avtomobil hadisə yerindən qaçıb


 Binədə 19 yaşlı gənci vuran avtomobil hadisə yerindən qaçıb

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Binə qəsəbəsinin Savxoz adlanan ərazisində qeydə alınıb. 

Şahidlərin bildirdiyinə görə, “Ford” markalı avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Əliyev Şahin Teymur oğlunu vurub və daha sonra hadisə yerindən qaçıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona, sağ qolun sınığı və üz nahiyəsinin əziyi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir