BNA: Sabahdan Binəyə 12 metrlik yeni avtobuslar xidmət göstərəcək

Bakı Nəqliyyat Agentliyini (BNA) yaydığı məlumata əsasən, sabahdan – 30.12.2019-cu il tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik “BMC Procity” markalı avtobuslarla yerinə yetiriləcək.

Agentliyin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC  20 ədəd yeni avtobus alıb.

BNA mütəxəssislərinin qənaətinə görə,  Avro-6 standartlarına cavab verən bu 12 metrlik “BMC Procity” markalı avtobusları  57 min nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir