M.Ə.Rəsulzadənin Ev-muzeyinin yaradılması ilə bağlı “İctimai qrup” təsis edildi

“Borcumuzu qaytaraq:  Məhəmməd Əmin Rəsulzadənin Ev muzeyi”  ideyası ilə çıxış etmiş Təşəbbüs Qrupunun təklifi ictmai rəğbətlə qarşılanıb.  Bu,  Təşəbbüs qrupunun böyüyərək  İctimai qrupa transformasiyasına vəsilə olub.  Qrup Üzeyir Hacıbəyovun Ev muzeyində toplanaraq  daha geniş tərkibdə İctimai qrup yaradıldığını elan edib…

Bu məlumatı Təşəbbüs qrupunun 4 üzvündən biri – tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova ictmailəşdirib:

Dostlar, məsləkdaşlar !

Başladığımız yolda ilk mühüm addım atıldı. Bir ictimaiyyət olaraq təşkilatlandıq. Təşəbbüs qrupu 27 dekabr tarixdə Üzeyir Hacıbəyovun Ev muzeyində keçirilən ilk İctimai toplantıda öz səlahiyyətlərini yeni yaradəlan 101 nəfərdən ibarət İctimai Qrupa (İQ) verdi. Aşağıda bu münasibətlə hazırlanmış qısa məlumatla və İctimai qrupun tərkibi ilə tanış olacaqsınız. Burada isə mən ilk 2 sualı cavablandırmaq istərdim.

Toplantı nə üçün Üzeyir Hacıbəyovun Ev muzeyində keçirildi?

Bizə bu toplantı üçün öz geniş, işıqlı zallarını təklif edən bütün ziyalılarımıza təşəkkür etməklə bildiririk ki, nisbətən yığcam məkan seçməli, bu səbəbdən də daha azsaylı üzvlərimizi dəvət etməli olduğumuza baxmayaraq, bu ilk toplantımızı məhz Üzeyir bəyin, Rəsulzadənin yaxın dostunun, məsləkdaşının evində keçirməyimizin rəmzi əhəmiyyəti vardı. Ən azı bir sənəddən məlumdur ki, 1919-cu il 18 sentyabr tarixində Məhəmməd Əmin bəy digər dostları ilə birlikdə bu mənzildə, Üzeyir bəyin ad günündə qonaq olub. Bu gün qurduğu dövlətin paytaxtında, vaxtilə yaşadığı doğma şəhərində bir ev ünvanı belə olmayan Məhəmməd Əmin bəyin qonaqlarını Üzeyir bəydən başqa kim öz evində qəbul edə bilərdi?..

Hər ikisinin ruhu şad olsun!

İctimai Qrupun sayı ilə bağlı: nə üçün məhz 101?

Düzü, cəmiyyətimizin əsasən fəal, ziyalı təbəqələrinin nümayəndələrini əhatə edəcək bu qrupa daxil edilən üzvlərin sayı artdıqca yuvarlaq 100 rəqəmində dayanmağa qərar vermişdik. 100-cü üzvümüz yaşı 90-nı adlamış, Rəsulzadənin BDU qarşısında qoyulacağı nəzərdə tutulan heykəlinin (2 metrlik maketin) müəllifi, məşhur heykəltəraş, akademik Ömər Eldarov oldu.

Lakin “Yüzdə qalan, düzdə qalar” kimi atalar sözünə əsas verməmək üçün daha bir nəfər gənci sıralarımıza daxil etdik. Bu, Elşad Əhmədov oldu – Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının magistrı.

Toplantımızdan bir gün əvvəl bir tədbirdə mənə yaxınlaşaraq təşəbbüsümüzü ürəkdən dəstəklədiyini və Rəsulzadə muzeyi üçün Məhəmməd Əmin bəyin iri portretini işləmək arzusunu bildirmişdi.
Beləliklə, gənc rəssam Elşad Əhmədov 101-ci üzv olmaqla İctimai Qrupumuzin ikinci yüzlük siyahısını açdı. Sizi “Rəsulzadə-Ev muzeyi” səhifəsində qeydiyyatdan keçməyə çağırırıq.

“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin Ev-muzeyi” təşəbbüsünə qoşulmuş Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, təhsil və mətbuat nümayəndələri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən diaspora təşkilatları, ictimai birliklər, gənc fəallar və Rəsulzadə irsinin xarici tədqiqatçılarından ibarət “İctimai qrup” təsis edilib. Dünən həmin qrup üzvlərinin Üzeyir Hacıbəyovun Ev-muzeyində keçirilmiş görüşünü giriş sözü ilə açan tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin Ev-muzeyini yaratmaq təşəbbüsü Azərbaycan cəmiyyətində və xüsusən xaricdəki soydaşlarımız arasında geniş əks-səda doğurub. Bunu ölkə ictimaiyyətinin müstəqil Azərbaycanın ilk dövlət başçısı M.Ə.Rəsulzadənin xalq və millət qarşısındakı xidmətlərinə ehtiramı kimi qiymətləndirən tarixçi-alim deyib ki, Cümhuriyyət banisinin ev-muzeyinin yaradılması ona münasibətdə ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm bir addım olardı. O, əlavə edib ki, İctimai qrupda təmsil olunmuş 100-dən çox elm və mədəniyyət xadimi, incəsənət adamı, gənclər təşkilatlarının nümayəndələri cəmiyyətin səsidir və təşəbbüsün reallaşması üçün bütün qurumlarla əməmkdaşlıq edəcək.

Təşəbbüsün irəli sürülməsindən sonra görülən əsas işlər, ölkə mətbuatında və sosial şəbəkələrdə bu məsələ ilə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər barədə görüş iştirakçılarına məlumat verən professor Qulu Məhərrəmli, həmçinin informasiya və fikir mübadiləsi üçün yeni platformaların vacibliyi barədə danışıb. Daha sonra təşəbbüsə qoşulmuş gənclərin hazırladığı “Rəsulzadənin Ev-muzeyi” adlı xüsusi “facebook” səhifəsinin təqdimatı olub, qeyd edilib ki, həmin səhifənin əsas məqsədi Rəsulzadənin Ev-muzeyi ilə bağlı bütün yenilikləri ictimaiyyətə çatdırmaqdır.

Görüşdə çıxış edən bəstəkar, xalq artisti Sərdar Fərəcov, xalq şairi Sabir Rüstəmxanlı, ictimai xadim Fazil Mustafa, əməkdar rəssam Rəis Rəsulzadə, tarixçi alim Firdovsiyə Əhmədova, xalq artisti Ramiz Məlik, “Dədə Qorqud” Fondunun prezidenti və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru Rafael Gülməmmədli, hüquqşünas Nicat Gözəlov və başqaları “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin Ev-muzeyi” təşəbbüsünü və “İctimai qrup”un təsis edilməsini cəmiyyətin səsi kimi qiymətləndirmiş, müzakirə edilən məsələ ilə bağlı mülahizələrini bildirmiş, təkliflərini vermişlər.

Görüşdə səsləndirilən təkliflərin nəzərdən keçirilməsi, təşəbbüslə bağlı addımların atılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədi ilə “İşçi qrupu”nun yaradılması qərara alınmışdır. Həmçinin yanvarın 30-31-də M.Ə.Rəsulzadənin anadan olmasının 136-cı ildönümü ilə bağlı Bakıda beynəlxalq konfrans və dəyirmi masa keçirilməsi qərara alınmışdır.  Həmin tədbirlərə Fransa, Hollandiya, Almaniya, Polşa, Türkiyə, İran, Rusiya və başqa  ölkələrdə M.Ə.Rəsulzadə irsini araşdıran alimlərin dəvət olunacağı da nəzərdə tutulur.

“Borcumuzu qaytaraq.  Məhəmməd Əmin Rəsulzadənin Ev muzeyi”  Təşəbbüsü üzrə yaradılan İctimai qrup

1. Rəis Rəsulzadə – Azərbaycanın Xalq rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi
2. Solmaz Rüstəmova-Tohidi – Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
3. Qulu Məhərrəmli – Jurnalist, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
4. Nəcibə Bağlrzadə – yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı
5. Nicat Gözəlov – hüquqşünas, “Milli Hüquq evi”nin direktoru

6. Ramiz Abutalıbov – diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı
7. Ömər Eldarov – heykəltəraş, Xalq rəssamı, Akademik, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, M.Ə.Rəsulzadənin heykəlinin müəllifi
8. Ülkər Hüseynova – publisist, naşir, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı prof. Şirməmməd Hüseynovun həyat yoldaşı
9. Nailə Vəlixanlı – tarixçi-alim, Akademik, Əməkdar elm xadimi, AMEA Milli Tarix muzeyinin direktoru
10. Rafael Hüseynov – ədəbiyyatşünas-alim, Akademik, ictimai xadim, AMEA Nizami adına Ədəbiyyat muzeyinin direktoru
11. Sabir Rüstəmxanlı – Xalq şairi, ictimai xadim
12. Fazil Mustafa – ictimai xadim, hüquq üzrə fəlsəfə doktoru
13. Qənirə Paşayeva – ictimai xadim, fəlsəfə üzrə elmlər doktoru
14. Sabit Bağırov – ictimai xadim, iqtisadçı

15. Nəsiman Yaqublu – tarix üzrə elmlər doktoru, professor
16. İradə Bağırova – tarix üzrə elmlər doktoru, professor
17. Nəsib Nəsibzadə – tarix üzrə elmlər doktoru, professor, Ankara Universiteti
18. Kamil İbrahimov – tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi
19. İsmayıl Musayev – tarix üzrə elmlər doktoru, professor
20. Tufan Axundov – tarix üzrə elmlər doktoru, pofessor
21. Firdovsiyə Əhmədova – tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
22. Fərda Əsədov – tarix üzrə fəlsəfə doktoru, şərqşünas
23. Fərhad Cabbarov – tarix üzrə fəlsəfə doktoru
24. Nigar Gözəlova – tarix üzrə fəlsəfə doktoru
25. Niyazi Mehdi – filosof, ədəbiyyatşünas-tənqidçi, fəlsəfə elmləri doktoru
26. İradə Musayeva – ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru
27. Etibar Əliyev – fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis
28. Rasim Müzəffərli – fəlsəfə doktoru, dosent, bəstəkar – şair, naşir.
29. Mehman Dəmirli – hüquq elmləri doktoru, professor, Yaxın Doğu və Girnə universitetləri, Girnə, Türkiyə
30. Yavuz Akpınar – Dr., Professor. Ege universiteti, Rəsulzadə irsinin Türkiyə dövrü araşdırıcısı, İzmir, Türkiyə
31. Səbahəddin Şimşir – Dr., Professor. Balıkesir Üniversiteti, Rəsulzadə irsinin araşdırıcısı, Balıkesir, Türkiye.
32. Yeva Mariya Aux – Dr., Professor, Berlin Humbolt Universiteti, Tarix departamenti Azərbaycan tarixi kafedrasının müdiri, Berlin, Almaniya
33. Giorgiy Mamulia – Dr., Professor, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, M.Ə.Rəsulzadə irsinin Avropada mühacirət dövrü tədqiqatçısı. Paris, Fransa.
34. Turac Atabəki – Dr. Professor, Beynəlxalq Sosial Tarix İnstitutu (Hollandiya) , Rəsulzadə irsinin İran dövrü araşdırıcısı, Amsterdam, Hollandiya.
35. Tohid Məlikzadə – Tarix üzrə Dr., Urmiya Universiteti, Urmiya, İran.
36. Sema Barutcu Özönder – Dr. Professor. Ankara Universiteti. Ankara, Türkiyə.

37. Ramiz Həsənoğlu – Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi
38. Ramiz Məlik – Xalq Artisti, Şöhrət Ordeni və Dövlət mükafatı laureatı.
39. Vasif Babayev – kino rejissoru, Xalq artisti, Əməkdar İncəsənət xadimi
40. Ağəli İbrahimov – Xalq rəssamı, Əməkdar incəsənət xadimi,
41. Ziyadxan Əliyev – rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi,
42. Elçin Əliyev – memar, Sənətşünaslıq doktoru, professor.
43. Xuraman Qasımova – Xalq artisti, Professor, Dövlət Mükafatı laureatı
44. Ülviyyə Hacıbəyova – Xalq artisti, Professor, Əməkdar İncəsənət xadimi
45. Fuad Əlizadə – bəstəkar, Sənətşünaslıq doktoru, professor, Van Universiteti.
46. Tahir Tahiroviç – kino rejissoru, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri
47. Şahin Musaoğlu – Şair, bəstəkar, həkim

48. Sərdar Fərəcov – bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru
49. Kamilə Hüseynova – Nəriman Nərimanovun ev muzeyinin (Bakı) direktoru
50. Nüşabə Babayeva-Vəkilova – filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğunun ev muzeyinin direktoru
51. Qəmər Seyfəddin qızı – Cəfər Cabbarlı Ev muzeyinin direktoru
52. Ülkər Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin ev muzeyinin direktoru
53. Leyla Əliyeva – M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin (keçmiş – M.F.Axundovun ev muzeyi) direktoru, Tbilisi, Gürcüstan
54. Rəna Dəlivəlova – Nəriman Nərimanovun Xatirə Muzeyinin (Tbilisi) kuratoru, Tbilisi, Gürcüstan
55. Sədi Mirseibli – Azərbaycan İstiqlal muzeyinin direktor əvəzi

56. Əli Polad – iş adamı, xeyriyyəçi, naşir, Təbriz, İstanbul
57. Burzu Əliyev – iş adamı, xeyriyyəçi, Kiyev, Ukrayna
58. Fizuli Fərəcov – Texnika elmlər namizədi, “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri – Moskva azərbaycanlıları eyni adlı diaspora təşkilatının rəhbəri, Moskva, Rusiya Federasiyası
59. Fizuli Məmmədov – “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” nun və Rusiya Azərbaycanlıları İttifaqının (Rusiyanın 56 regionunu birləşdirən diaspora təşkilatı) prezidenti, Moskva, Rusiya Federasiyası
60. Qalib Ağayev – Moskva vilayəti şəhər və rayonlarında (Ruza, Ximki, Lyubertsı, Serpuxov, Mıtişi) yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyət – diaspor təşkilatlarının, Moskva regionu Şaraban Azadlıq təşkilatı (sədr – Ziyəddin Qulubəyli), Moskva regionu Qadınlar birliyi və Rusiya Federasiyası ərazisində azərbaycanlıların 23 regional diaspora təşkilatlarının Birləşmiş Diaspora Təşkilatının Koordinasiya Şurasının təmsilçisi – Moskva, Rusiya Federasiyası.
61. Eldar Tağıyev – Ukrayna Azərbaycanlıları Radasının üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ( sədr – Hikmət Cavadov, hüquq elmləri doktoru) koordinasiya Şurasının nümayəndəsi, Dnepr, Ukrayna.
62. Aygül İsayeva – Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru, Tbilisi, Gürcüstan.
63. Arslan İbrahimi – Kaliforniyadakı Azərbaycan diaspora təşkilatının rəhbəri, Kaliforniya, Amerika Birləşmiş Ştatları
64. Elman Mustafazadə – Hollandiyada Azərbaycan diaspora təşkilatının rəhbəri, “Xudafərin.az” saytının baş redaktoru, Amsterdam, Hollandiya.
65. Rahim Telman Sadıqbəyli – Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, İsveç Azərbaycan Federasiyasının Koordinasiya Şurasının təmsilçisi
66. Toğrul Abbasov – Şimali Kipr Türk Respublikasında Azərbaycan İcmasının rəhbəri, Levkoşa, Şimali Kipr Türk Respublikası

67. Selçuk Önal, Tuncer Kirhan – Azərbaycan Kültür Dərnəyi, Ankara, Türkiyə
68. Cihan Özdemir – Dosent-Dr., Yunis İmrə İnstitutunun Bakı filialının direktoru,
69. Cezmi Bayram – “Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri, tarixçi alim, İstanbul, Türkiyə.
70. Akif Aşırlı – “Türk ocaqları” Azərbaycan şöbəsinin rəhbəri, “Şərq” qəzetinin təsisçisi və redaktoru
71. Eldar İsmayılov – “Dədə Qorqud” milli fondunun rəhbəri, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru,
72. Firudin İbrahimi – “İranlı mühacirlər” İctimai Birliyinin rəhbəri
73. Rafael Gülməmmədli – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru

74. Elçin Şıxlı – jurnalist, “Ayna” – “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru
75. Arif Əliyev – jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı mətbuat klubunun rəhbəri
76. Vahid Mustafayev – ANS şirkətlər qrupunun prezidenti
77. Seyfulla Mustafayev – ANS şirkətlər qrupunun vitse-prezidenti, tarixçi
78. Mayis Əlizadə – jurnalist-tədqiqatçı, İstanbul, Türkiyə
79. Əhməd Obalı – “Günaz.TV” kanalının rəhbəri, Çikaqo, ABŞ
80. Araz Qurbanov – tədqiqatçı, siyasi şərhçi, publisist
81. Elşad Eyvazlı – jurnalist, “modern.az” saytının rəhbəri, Parlament jurnalistləri birliyinin sədri
82. Müsəllim Həsənov – jurnalist, Əməkdar Mədəniyyət işçisi
83. İlhamiyyə Rza – jurnalist,
84. Aygün Muradxanlı – jurnalist
85. Ramilə Qurbanlı – jurnalist, “Lent.az” saytı.
86. Ənvər Börüsoy- jurnalist-tədqiqatçı
87. Nicat İsmayılov – jurnalist, ednews.net saytı
88. Orxan Yolçiyev – jurnalist, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyi

89. Erkin Məmmədov – hüquqşünas, vəkil
90. Əziz Qənbərov – hüquqşünas, vəkil
91. Səbuhi Axundov – hüquqşünas
92. Nemət Ağalarov – hüquqşünas
93. Orxan Şahbaz – sosioloq-tədqiqatçı

94. Əligül Ağayev – müəllim, “Gənc fəallar” qrupunun koordinatoru
95. Dilqəm Əhməd – gənc araşdırıcı, naşir, Cümhuriyyət dövrünə dair sənədlərin kolleksiyaçı, gənc fəal
96. Elmar Həsənli – tarix müəllimi, maarifçi, gənc fəal
97. Nüsrət Əliyev – “Böyük İpək yolu Gənclər İttifaqı” təşkilatının gənc fəal
98. Gülnar Bəşirova – tarixçi – hüquqşünas, gənc fəal
99. Firuz Əlövsətov – Doğu Akdeniz Universiteti, Azərbaycan Tələbə Cəmiyyətinin sədri,
100. Rafiq Hunaltay – sahibkar, gənc fəal
101. Elşad Əhmədov – rəssam, gənc fəal, Repin adına Sankt-Peterburq Rəssamlıq Akadmiyasının magistrı, Sankt-Peterburq, Rusiya.

 
Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir