“Parabokt”un  regional filiallarının kollektivləri birgə bayram tədbiri keçirib

“Parabokt”un  Azərbaycanın şimal bölgəsində fəaliyyət göstərən filiallarının  kollektivi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də Yeni İl münasibətilə təntənəli bayram təbdiri keçiriblər.

Tədbirin rəsmi hissəsində  “Parabokt”un  Quba filialının müdiri Bəhmən Qəhrəmanov  çıxış edib. O, kollektivi bayram münasibətilə təbrik edərək  ötən il ərzində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.  B. Qəhrəmanov  “Parabokt” ailəsinin Azərbaycanın iqtisadi inkişafı, xidmət sahəsində müştərinin  məmnuniyyəti  naminə hər fədakarlığa hazır olduğunu bildirib.

Xatırladaq ki, “Parabokt”  kredit təşkilatı vətəndaşların daşınar və daşınmaz əmlakının girov götürülməsi müqabilində kreditlərin verilməsi ilə məşğuldur.

Girov qismində çıxış edən vasitələr tərəflərin razılığı əsasında lombard tərəfindən qiymətləndirilir. Borcalan lombarda girov qoyduqlarını müəyyən müddətdən sonra borc məbləği və ona hesablanmış faizləri geri qaytarmaq şərti ilə geri götürmək hüququna malikdir.

Şərh yaz

1 Şərh

  1. Kallektivə gələcək fəaliyyətlərində bol bol uğurlar arzulayıram.Həmişə mehriban olaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir