ReAl Cümhuriyyətçilər İttifaqı seçkilərdə iştirakdan imtina edə bilər

ReAl Cümhuriyyətçilər İttifaqı fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakdan imtina edə bilər. Bunu Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov bildirib:

“ReAL Cümhuriyyətçilər İttifaqı ReAl Partiyasının və müstəqil namizədlər qrupunun seçkiqabağı bloku kimi təsis edilib. İttifaq seçkiqabağı hadisələri və hakimiyyətin hərəkətlərini diqqətlə izləyəcək və onlara qiymət verəcək.

Əgər hakimiyyət insan haqlarının vəziyyətinin pisləşməsinə yönələn hərəkətləri gücləndirərsə, namizədlərimizin əksəriyyətini qeydiyyata almasa və başqa repressiv hərəkətlər törədərsə, bu, seçkilər anlayışı üstündə son nöqtəni qoya bilər. Belə bir vəziyyətdə seçkilərdə iştirakımıza yenidən baxacağıq”.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir