SOCAR ilə yekun vurub

Bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də  Neftçilər Günü  və “Neft Daşları”nın 70 illiyi ərəfəsində prezident sərəncamları ilə təltif edilmiş neftçilərin bir qrupu iştirak edib. Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl  münasibətilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə danışıb, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, SOCAR Polymer, Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs edib, Azəri-Çıraq-Günəşli yataqlarında indiyə qədər olan ümumi neft hasilatının artıq 500 milyon tona çatdırıldığını vurğulayıb.

O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanıb, SOCAR-ın Azərbaycanın sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirib.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir