Ukraynada separatçı rejimlə əsir və girov mübadiləsi başlayıb

Ukrayna rəsmiləri və ölkənin şərqindəki Rusiya tərəfdarı separatçılar bu gün onlarla əsir və girovun mübadiləsini aparacaqlarına razılaşıblar. Bu barədə beynəlxalq icitmaiyyət tərəfindən tanınmayan “Donetsk respublikası” bildirib.

Hər iki tərəf bu ayın əvvəli bildirib ki, onlar Parisdə Avropadakı yeganə aktiv müharibədə gərginliyin qarşısını almaq məqsədi ilə keçirilən sülh danışıqlarının ardınca ilin sonunadək əsir və girov  mübadiləsi aparacaqlar. Donetsk hökümətinin sözçüsü Daria Morozova bildirib:

“Kiyev və Donbas dekabrın 29-da əsir və girov mübadiləsi aparacaqları ilə bağlı razılıq əldə edib”.

O deyib ki,  Donetsk və Luqanska 87 əsir və girov,  55 nəfər isə Kiyevə təhvil veriləcək. O, əsir və girovların  kimliklərini açıqlamayıb.

Son məlumatlara görə, mübadilə başlayıb və insidentsiz davam edir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir