Yeni nəsil PUA - “Aksungur” ilin əvvəlindən Türkiyəyə xidmətə veriləcək

Türkiyənin son dövrdə inkişaf etdirdiyi yüksək faydalı yük tutumlu pilotsuz uçan aparatlardan (PUA) biri – “Aksungur”  yeni ilin ilk günlərində təhlükəsizlik qüvvələrinin istifadəsinə təqdim ediləcək.

Türkiyə Aerokosmik Sənaye – TUSAS-ın  baş direktoru Temel Kotil 2019-cu ilin şirkət üçün “bərəkətli” olduğunu bildirib.

Bir sıra  layihədə önəmli irəliləyişə nail olduqlarını bildirən Kotil deyib:

keçən ilə nisbətən  dövriyyəmiz dollar  hesabı ilə 40 faiz böyümüşük. Şirkətə 1000 yeni mühəndis, təxminən bir o qədər də  texniki işçi cəlb olunub. İşimiz və layihəmiz çoxdur. Şirkətin illik dövriyyəsini  10 milyard dollara çatdırmaq fikrindəyik.  Yekunlaşmaqda olan layihələrimiz var”.

“Aksungur”   PUA 750 kiloqram yük daşıya biləcək. Bu, aparata əlavə avadanlıq, məsələn, radar və daha böyük kamera quraşdırmağa imkan verir.

PUA-lar  ilin əvvəlində, uzağı yanvarın sonunadək  xidməti istifadəyə veriləcək. Eyni zamanda onların kütləvi istehsalına və ixracına başlanılacaq.

Ekspertlərin fikrincə, yüksək texniki imkanları “Aksungur”un xaricə satışında –   ixracda mühüm rol oynayacaq.   Aparat  çoxtəyinatlı kəşfiyyat, müşahidə, eləcə də hücum tapşırıqlarını yerinə yetirmək üçün əlverişli xarakteristikaya malikdir:  LUMTAS, MAM-L, Cavelin, MAM-C və miniatür mərmilərdən istifadə etmək mümkündür.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir