Putin xüsusi məlumata görə Trampa telefonla təşəkkür edib

Kremldən verilən məlumata görə, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə  ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Putin  Rusiyada terror hücumlarının qarşısını almağa yardım edən xüsusi xidmət orqanlarının onlara təqdim olunan məlumatlarına görə amerikalı həmkarına təşəkkür edib.

Bu məlumatlar əsasında Rusiyada terror törətməyə hazırlaşan 2 nəfər tutulub.  Onların terror aktını Sankt-Peterburqda insanların gur toplaşdığı yerlərdə partlayış törədəcəkləri məlum olub.

Bundan əlavə Kremlin rəsmi vebsaytına əsasən, telefon danışığında “ortaq maraq doğuran bir sıra məsələlər” müzakirə olunub.

Tərəflər  “terrora qarşı mübarizədə ikitərəfli əməkdaşlığı” davam etdirmək üzərində razılaşıblar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir