2019-cu ildə Azərbaycanın meşə və qeyri-meşə sahələrində əkilən ağacların sayı açıqlanıb

2019-cu ildə Azərbaycanın meşə və qeyri-meşə sahələrində əkilən ağacların sayı açıqlanıb

“2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin,  ictimaiyyət  nümayəndələrinin iştirakı ilə ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə  1 mln 764 min 356 ağac əkilib”.

Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində təşkil edilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev bildirib.

F. Əliyev deyib ki, 2019-cu ilin yaz-payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir