Bir həftəlik Yeni il tətilində ölkədə hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında Yeni ildə gözlənilən hava proqnozunu açıqlayıb.

Bu gün –  dekabrın 30-dan  31-nə keçən gecə  respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, günün ikinci yarısında isə  kəsiləcəyi gözlənilir.

Yeni İlin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun müsbət 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır.

Yanvarın  1-i və 2-i hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, dağlıq və dağətəyi ərazilərə qar yağacaq.

Yanvarın 6-da isə hava şəraiti yenidən mülayimləşəcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir