Hollandiyalı təxribatda israrlıdır - Avropa azadlığı demensiyaya yuvarlanıb...

Hollandiyanın radikal sağ təmayüllü Azadlıq Partiyasının lideri Geert Vilders  İsam əleyhinə daha bir təşəbbüs göstərib. O, Məhəmməd peyğəmbərin karikaturası “müsabiqəsi” keçirib və elandan 4 saat sonra “qalib” elan olunub.  Geert Vilders  karikaturanı  “Twitter” səhifəsində paylaşıb.

O, bu addımı  Pakistan hökumətinin onu ölümlə təhdid edən  vaiz Xadim Hüseyni həbs etmədiyinə görə atdığını bəhanə gətirib.

Radikal siyasətçi guya fikir azadlığı uğrunda mübarizə apardığını  iddia edir.

Xatırladaq ki, bu şəxs eyni karikatura müsahibəsini bir il əvvəl ölkə parlamentində elan etmişdi. O zaman xüsusi xidmət orqanlarının xəbərdarlığı ilə “müsabiqə” təxirə salınmışdı.

Yenidən elan verib ötən il aldığı bir karikaturanı qalib elan edən siyasətçinin bu hərəkəti islamafobiyanın təzahürü olmaqla yanaşı, təhlükəli  təxribatdır.

Şübhəsiz, insanların inancını, dini hisslərini, ideallarını təhqir etmək fikir azadlığı sayıla bilməz. Əgər fikir azadlığında bir qırmızı cizgi yoxdursa, onun ölməli olduğunu düşünənlərin də fikri fikir azadlığı kimi qəbul edilməlidir. Bu necə absurddursa,  Geert Vilders   kimilərin azadlıq anlayışı da bəşəriyyət üçün bir o qədər təhlükəli axmaqlıqdır.

Avropada azadlıq anlayışı  demensiyaya – ağılsızlığa yuvarlanıb. Bu səbəbdən təxribatlara uymamaq, soyuqqanlı olmaq lazımdır. Təəssüf ki, müsəlmanlar arasında fanatik korluq və ya dini cahillik də Avropa azadlığı demensiyası kimi ağılsız hərəkətlər doğurur…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir