İranda donuz qripi tüğyan edir: 110 nəfər həyatını itirib

Qonşu İranda donuz qripi epidemiya halına gəlib. Son 3 ayda ölkədə 110 nəfər  donuz qripinin  –  H1N1 virusunun  qurbanı olub.

Virusun daha çox Tehranda, Həmədanda və Qərbi Azərbaycanda  yayıldığı açıqlanıb.

İrana gedib-gələn azərbaycanlıların çox olduğu, eləcə də İran vətəndaşlarının ölkəmizə turist səfərlərinin artdığı zamanda virusun Azərbaycana sıçrama ehtimalı var. Bu səbəbdən əlaqədar orqanlarla yanaşı, vətəndaşlar da diqqətli olmalı, virusdan qorunmaq üçün zəruri profilaktik tədbirlər  görməlidirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir