İsrail daha 50 ədəd F-35 almaq istəyir

İsrail hökuməti ölkənin Hava Qüvvələrinə (İAF) daha 50 ədəd F-35 təyyarəsi almaq niyyətindədir. Bunun üçün  istehsalçı “Lockheed Martin” (ABŞ)  şirkətinə müvafiq sorğu da göndərilib.

Xatırladaq ki, hazırda İsrail İAF güclərinin ixtiyarında 20 ədəd F-35 var. Sifarişi verilmiş, amma hələ  alınmamış,  əvvəlki müqavilələrlə 30 ədəd F-35 təyyarələrinin tədarükü gözlənilir.  Bir başqa sözlə, İsrail  arsenalında F-35-lərin sayını iki dəfə artırmaq, 100 ədədə çatdırmaq fikrindədir.

“Lockheed Martin” İsrail Hava Qüvvələrinin müraciətinə:

Tələbə müvafiq bütün sənədlər hazırlanır”.

, – cavabını verib.

İsrail mətbuatının yazdığına görə, hökumət ABŞ-ın İsrailə müdafiə üçün ayırdığı yardım vəsaitini 5-7 ədəd tanker-təyyarə (havada təyyarələrə yanacaq doldurmaq üçündür) və helikopter alınmasına yönəltməyi planlaşdırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir