Liviyada Afrika və Rusiyadan minlərlə muzdlu savaşır, pulu BƏƏ ödəyir

Avropa mətbuatının yazdığına görə, Liviyada  qiyamçı general Hafterin  hərbi güclərinin yarıdan çoxu Sudandan və digər ölkələrdən  gətirilən muzdlu əsgərlərdir.  Ona Rusiyadan  olan  bir neçə min nəfərdən ibarət qeyri-rəsmi hərbi birləşmələr də dəstək verir.

“EuroNews”   afrikalı muzdlulara aylıq cəmi 22 dollar maaş verildiyini, Hafterə maliyyə yardımının Birləşmiş Ərəb Əmirliyindən gəldiyini iddia edir.

Xatırladaq  ki, ilk dəfə  bir həftə öncə Türkiyə prezidenti T.Ərdoğan bu barədə danışmış, Sudandan 5 min, Rusiyadan 2 min əsgərin Liviyada qanuni hakimiyyətə qarşı savaşdığını açıqlayaraq, “onların orada nə işi var”, – deyə soruşmuşdu.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir